“Dünyaya gələn kimi başqasının ayaq izləri ilə yeriməyə başladım”

Salvador Dali
Rəssam, pianoçu və skripkaçı olmaq uşaqlıq arzum olsa da bu istəklərimi reallaşdıra bilmədim. Düşünürəm ki, bu sahələrin peşəkarı olmaq üçün insanın xüsusi istedadı olmalıdır. O xüsusi istedadı özümdə kəşf edə bilməməyimə baxmayaraq, məhşur rəssamların çəkdiyi əsərlərə baxıb onların nə demək istədiklərini çözmək, piano, skripka ifaçılarının musiqilərini dinləyib, musiqinin ahənginə qapılmaq asudə vaxtımı sərf etdiyim ən sevimli işlərimdəndir. Məqsədim sizlərə bu barədə danışmaq deyil. Əsərlərini çox sevdiyim bir rəssam- Salvador Dali haqqındakı bilgilərimi bölüşməkdir. Mənim Salvador Dali ilə qiyabi tanışlığım bir dostum sayəsində oldu. Rəssamlara və rəsm əsərlərinə olan marağımı görən dostum Dalinin rəsmlərinə baxmağı mənə tövsiyyə etdi. İlk baxışda onun əsərlərindəki kəpənək təsvirlərinin çoxluğu və eyni rəsmdə əks olunmuş detalların yaratdığı müxtəlif şəkillar diqqətimi cəlb etdi. Həyatı barəsində əldə etdiyim məlumatların isə ən maraqlı məqamları bunlar oldu.
20- ci əsrin böyük ispan rəssamı Salvado Dalinin əsl adı Salvador Domingo Felipe Jacinto Dalí y Domènech-dir. O cümlədən ona El Salvador “ Qurtarıcı” ləqəbini də veriblər. Sigmund Freudun yazılarından təsirlənərək sənətini sürrealizmlə təməlləndirdən rəssam sürrealizmin tanınmasında və toplum içində yayılmasında böyük rol oynayıb. Qeyd edim ki, sürrealizm tərəfdarları öz əsərlərini şüuraltı fikirlərə görə formalaşdırırlar. Onlara görə ağıl və məntiq dəyərsizdir, insanı yönləndirən məqsədləri və şüuraltı istəkləridir.
O, 1904- cü ilin 11 mayında İspanyada Figuerasın bir kəndində dünyaya göz açıb. Dünyaya gəlməzdən 3 il əvvəl, 6 yaşında vəfat etmiş böyük qardaşının adı da Salvador olub. S.Dalinin ana və atası isə böyük övladlarının onun bədənində yenidən dünyaya gəldiyinə inanıblar. Daha sonra S.Dali onların bu fikirləri ilə əlaqədar deyib: “Dünyaya gələn kimi başqasının ayaq izləri ilə yeriməyə başladım. Məni sevərkən, əslində, hələ də onu sevirdilər. Bəlkə məndən daha çox. Atamın sevgisindəki bu sərhədlər həyatımın ilk günlərindən mənim üçün çox böyük yara oldu”.
Salvador istirahət günlərində dostları Sagibarbá ve Josep Samitier ilə futbol oynamağı çox sevib. Xatırladım ki, Sagibarbá ve Josep Samitier sonrakı illərdə Barcelona klubunun futbolçuları olublar.
Dali 6 yaşında aşpaz, 7 yaşına çatanda isə Napalyon kimi olmaq istəyib. Onun çəkdiyi ilk rəsm “Xəstə uşaq” adlanıb. İlk rəsm sərgisi 1919- cu ildə Figueres’dəki Municipal Theater’-də olub. Sərgisindən iki il sonra, 16 yaşında anasını itirən Dali bu hadisədən təsirlənsə də, atasının xalası ilə evlənməsi baş verənləri asanlıqla unutmasına şərait yaradıb.
1920- ci illərin əvvəllərində Parisə ilk səfərini edən Dali orada Pablo Picasso ilə tanış olub və rəssamın əsərlərindən o qədər təsirlənib ki, sonralar bu təsirlənmə onun çəkdiyi rəsmlərdə hiss olunub. Günlük yaşantısı intellektual və varlı bir ortamda keçən Dalini qadınlar demək olar ki, heç maraqlandırmayıb. Sonralar, yəni 1929- cü ildə O, rus vəkilinin qızı, sürrealist şair Paul Eluardın həyat yoldaşı olmuş Gala ilə tanış olan Salvador üçün Gala bir sevgi, dost, əsərləri üçün isə model olub. 29- cu ildən bəri birlikdə yaşadığı Gala ilə evlənməsi isə 1934-cu ilə təsadüf edib. Bundan sonra o, bir çox sərgilərdə iştirak edib və ikinci dünya müharibəsi başlayan kimi, Gala ilə birlikdə Amerikaya gedib. Onlar 8 il Amerikada yaşayıblar və 49- cu ildə yenidən İspanyaya qayıdıblar. Dali 60- cı ildə Figuerasdaki ən böyük layihəsi olan “Dali teatrı və Muzeyi”ni qurmağa başlayıb. Salvador D. məhşur “Chupa Chups”un logosunu hazırlayıb və 69- cu ildəki avrovizyon mahnı müsabiqəsinin tanıtım və səhnə düzənlənməsini həyata keçirən rəssam olub.
Bir çox uğurlara imza atan Dalinin həyat yoldaşı 1982- ci ildə vəfat etdikdən sonra onun səhhəti pisləşib. Hətta rəsm çəkməyi də dayandırıb. İspanyadakı villasındakı yanğından sonra daha da pisləşən Dali, son illərini Puboldakı villasında və özünün qurduğu teatr- muzeyindəki Torre Galateadakı şəxsi otağında keçirib.
Salvador Dali 23 yanvar 1989- cu ildə, 84 yaşında Figueras xəstəxanasında vəfat edib. Onu, Figuerasda böyük qübbənin altında dəfn ediblər.
Dali bütün var- dövlətini və rəsm kolleksiyasını İspanya dövlətinə vəsiyyət edib.
Xatırladım ki, qeyd etdiklərim rəssamın yaşadıqlarının və uğurlarının sadəcə bir hissəsi idi.
P.S. Ətraflı məlumat əldə etmək istəyənlər http://www.sonlaf.com/k70302-salvador-dali-nin-hayati-biyografi-kimdir-unlu-tablolar.html bu linkdən istifadə edə bilər.
Maraqlidir Vusale)